Azərbaycan, Bakı, 19 oktyabr /Trend New, müxbir M.Əliyev/
Azərbaycanın Təhsil Nazirliyi I siniflər üçün iş dəftərlərinin qiymətinə nəzarət edəcək.
Azərbaycanın təhsil naziri Misir Mərdanov 2008-2009-cu illərdə I siniflərin dərs vəsaitlərinin təmin edilməsi üzrə monitorinqin yekunlarının açıqlanması üzrə tədbirdə bildirib ki, dəftər və digər məktəb ləvazimatlarının qiyməti çox yüksəkdir və növbəti ildən nazirlik qiymət qoyulması prosesinə nəzarət edəcək.
Nazirin sözlərinə əsasən, birinci I müəllimləri üçün dərs vəsaitləri ibtidai siniflərin bütün müəllimlərinin hamısına verilməlidir.
Monitorinqi "Siqma" inkişaf və beynəlxalq əməkdaşliq tədqiqatlar mərkəzi keçirib.