...

Qarabağ Azadlıq Təşkilatı Ermənistanın xarici işlər naziri müavininin Azərbaycana səfəri ilə bağlı piket keçirməyə cəhd edib

Cəmiyyət Materials 22 Oktyabr 2009 12:51 (UTC +04:00)
Trend News-un hadisə yerində olan əməkdaşının sözlərinə görə, Ermənistanın xarici işlər naziri müavininin də qatıldığı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin XİN başçılarının iştirakı ilə iclas keçirilən binanın qarşısında QAT üzvlərinin etiraz aksiyası polis tərəfindən dağıdılıb.
Qarabağ Azadlıq Təşkilatı Ermənistanın xarici işlər naziri müavininin Azərbaycana səfəri ilə bağlı piket keçirməyə cəhd edib

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir M.Əliyev/

Qarabağ Azadlıq Təşkilatı (QAT) bu gün Ermənistanın xarici işlər naziri müavininin Azərbaycana gəlişinə etiraz olaraq piket keçirməyə cəhd edib.

Trend -un hadisə yerində olan əməkdaşının sözlərinə görə, Ermənistanın xarici işlər naziri müavininin də qatıldığı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin XİN başçılarının iştirakı ilə iclas keçirilən binanın qarşısında QAT üzvlərinin etiraz aksiyası polis tərəfindən dağıdılıb.

QAT sədri Akif Nağı isə polislər tərəfindən saxlanılaraq aparılıb.

İclasda Azərbaycan, Bolqarıstan və Türkiyəni XİN rəhbərləri Elmar Məmmədyarov, Rumiana Jeleva və Əhməd Davudoğlu təmsil edəcəklər. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Andrey Denisov rəhbərlik edəcək. Ermənistan, Yunanıstan, Gürcüstan, Rumıniya, Serbiya və Ukrayna XİN rəhbərlərinin müavinləri səviyyəsində təmsil olunacaq. Albaniya XİN-in baş katibi, Moldova isə dövlət naziri səviyyəsində təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti