...

Azərbaycanda orta məktəbdə kütləvi zəhərlənməyə səbəb olan məhsul Ukraynanın "Flint Night" şirkətinə məxsus olub

Cəmiyyət Materials 24 Oktyabr 2009 11:39 (UTC +04:00)
Azərbaycanın Sumqayıt şəhərindəki orta məktəbdə baş vermiş kütləvi zəhərlənməyə səbəb olan Ukraynanın "Flint Night" şirkətinin istehsalı olan suxarı məhsulları "40 bulaq 85" MMC şirkətinin əməkdaşları tərəfindən məktəblilərə paylanılıb. Bu barədə şənbə günü Sumqayıt şəhər prokurorunun köməkçisi Əhməd Məmmədov Trend News-a bildirib.
Azərbaycanda orta məktəbdə kütləvi zəhərlənməyə səbəb olan məhsul Ukraynanın "Flint Night" şirkətinə məxsus olub

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərindəki orta məktəbdə baş vermiş kütləvi zəhərlənməyə səbəb olan Ukraynanın "Flint Night" şirkətinin istehsalı olan suxarı məhsulları "40 bulaq 85" MMC şirkətinin əməkdaşları tərəfindən məktəblilərə paylanılıb. Bu barədə şənbə günü Sumqayıt şəhər prokurorunun köməkçisi Əhməd Məmmədov Trend -a bildirib.

Trend -un arayışı: Firmanın əməkdaşları cümə günü günorta saatlarında reklam məqsədilə həmin məhsulları 38 saylı orta məktəbin şagirdlərinə paylayıb. Suxarıları yeyən şagirdlərdən 45 nəfəri zəhərlənib və şəhər xəstəxanasına çatdırılıb.

Prokuror köməkçisi bildirib ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya qəbul edilən şagirdlərin hamısının vəziyyəti normallaşıb və evə buarxılıblar.

Sumqayıt şəhər Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən reklam məqsədilə məhsulları paylayan firma əməkdaşlarının izahatı alınıb, məktəblilərə paylanılan məhsullar isə ekspertizaya göndərilib.

Ekspertizanın rəyi və istintaq zamanı toplanmış sübutlar firma rəhbərliyinin bu hadisədə təqsirini müəyyən edərsə, faktla bağlı Cinayət Məcəlləsinin istehlakçıları aldatma və ya keyfiyyətsiz məhsullar istehsal etmə və ya satma (200) maddəsi ilə cinayət işi başlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti