...

Azərbaycanda orta məktəbdə şagirdlərin kütləvi zəhərlənməsi valideyn və müəllimlər üçün ciddi xəbərdarlıqdır - nazir

Cəmiyyət Materials 24 Oktyabr 2009 12:27 (UTC +04:00)
Sumqayıt şəhərindəki orta məktəbdə şagirdlərin kütləvi zəhərlənməsi faktı valideyn və müəllimlər, həmçinin təhsil sahəsində çalışanlar üçün ciddi xəbərdarlıqdır. Bu barədə şənbə günü Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanda orta məktəbdə şagirdlərin kütləvi zəhərlənməsi valideyn və müəllimlər üçün ciddi xəbərdarlıqdır - nazir

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir M.Əliyev/

Sumqayıt şəhərindəki orta məktəbdə şagirdlərin kütləvi zəhərlənməsi faktı valideyn və müəllimlər, həmçinin təhsil sahəsində çalışanlar üçün ciddi xəbərdarlıqdır. Bu barədə şənbə günü Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Cümə günü Sumqayıtın 38 saylı orta məktəbinin təxminən 45 şagirdi qida zəhərlənməsi diaqnozu ilə şəhər xəstəxanasına çatdırılıb.

Şəhər prokurorluğun məlumatına əsasən, uşaqlar Ukraynanın "Flint Night" firmasının istehsal etdiyi və bu firmanın Azırbaycandakı distribüterləri tərəfindən pulsuz paylanan suxarı məhsullarından zəhərlənib. İlkin tibbi yardımdan sonra bir neçə uşaq evə buraxılıb.

"Distribusiya şirkətinin əməkdaşları Sumqayıt şəhər Polis İdarəsinə ifadə vermələri üçün aparılıb, məhsul isə ekspertizaya göndərilib", - Trend -a şəhər prokurorunun köməkçisi Əhməd Məmmədov bildirib.

Nazir hər bir vətəndaşı uşaqlar üçün ərzaq məhsullarının alınması zamanı, xüsusilə məhsul pulsuz paylandığı halda diqqətli olmağa çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti