...

Taliban ordusunda döyüşən Azərbaycan vətəndaşlarına bir il həbs cəzası verilib

Cəmiyyət Materials 26 Oktyabr 2009 11:15 (UTC +04:00)
Trend News-un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Taliban Ordusunda döyüşən Vüqar Hüseynov və Rauf Abdullayevə hökm oxunub.
Taliban ordusunda döyüşən Azərbaycan vətəndaşlarına bir il həbs cəzası verilib

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , muxbir H.Bağırov /

Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşlarına 1 il həbs cəzası verilib.

Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Taliban Ordusunda döyüşən Vüqar Hüseynov və Rauf Abdullayevə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.

4 aydı həbsdə olan təqsirləndirilənlərin cəza müddəti iki aydan sonra başa çatacaq.

Təqsirləndirilənlər Vüqar Hüseynov və Rauf Abdullayev 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə hərbi təlimlər keçiblər. Onlar həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Hər iki şəxs orada bir neçə ay döyüşdükdən sonra Azərbaycana qayıdıblar. Bu ilin yanvarında hər iki şəxs Milli Təhlükəszilik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.

Onlar Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə (279.1), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318-ci) və s. maddələri ilə təqsirləndirilirlər.

Pakistanda və Əfqanıstanda döyüşməkdə ittiham olunan daha 13 Azərbaycan vətəndaşının məhkəməsi isə davam edir.


Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti