...

TQDK ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı keçirir

Cəmiyyət Materials 26 Oktyabr 2009 11:34 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, ARDNŞ təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün imtahan oktyabrın 31-də Azərbaycan Beynəlxalq Universitetində başlanacaq.
TQDK ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı keçirir

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , muxbir M.Əliyev/

Ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) təqüdünün verilməsi üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test imatahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən Trend -a verilən məlumata görə, ARDNŞ təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün imtahan oktyabrın 31-də Azərbaycan Beynəlxalq Universitetində başlanacaq.

İmtahanda iştirak etmək üçün namizədlər buraxılış vərəqələrini oktyabrın 28, 29 və 30-da TQDK-nın binasında şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət etmiş tələbələrdən 480 nəfərin namizədliyi qəbul edilib.

TQDK tərəfindən keçirilən müsabiqənin birinci turunda tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur. Onlardan 30 sual çoxseçimli, 10 sual isə açıq test tapşırığıdır. Hər doğru cavab 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir etmir. Suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.

İkinci tura buraxılmaq üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra ARDNŞ tərəfindən təyin olunacaqdır. Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər.

ARDNŞ savadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə bu layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının seçilmiş fakültələr üzrə yüksək tədris göstəricilərinə malik olan hər kurs üzrə 20 tələbəsinə aylıq təqaüd təyin edilib.

ARDNŞ 2008-ci ildə - "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi haqqında" yeni Əsasnamə təsdiq etmişdir. Bu Əsasnaməyə görə, artıq müsabiqədə ARDNŞ-də tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələri üzrə tələbələri iştirak edə bilərlər. Hər kurs üzrə təqaüdçülərin sayı da 30-dək artırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti