...

İsveçrə Prezidenti Azərbaycan diasporunun rəhbərinə məktub ünvanlayıb

Cəmiyyət Materials 3 Noyabr 2009 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir M.Əliyev/

İsveçrə Prezidenti Hans-Rudolf Merts bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun adına rəsmi məktub göndərib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, məktubda dövlət başçısı bu mərkəzin İsveçrə və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələri genişləndirdiyi, dərinləşdirdiyi üçün, eləcə də isveçrəlilərə Azərbaycan mədəniyyətini yaxından tanıtdığına, yüksək səviyyədə təbliğ etdiyinə görə təşəkkürünü bildirib və quruma gələcək işlərində uğurlar arzu edib.

İsveşrədə Azərbaycan mədəniyəti günlərinin açılışında səslənən musiqiyə böyük maraq göstərdiyini vurğulayan cənab Hans-Rudolf Merts öz məktubunda əlavə edib ki, bu musiqini eşidən hər kəsdə Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək istəyi oyanır.

İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkəyə rəsmi səfəri zamanı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti