...

Azərbaycanın Ekologiya Nazirliyi bir sıra restoranları səs-küy səviyyəsi normasını keçməsinə görə cərimə edib

Cəmiyyət Materials 5 Noyabr 2009 13:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən normalara riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranlarda reydlər keçirib, bu barədə cümə axşamı Trend News-a Ekologiya Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycanın Ekologiya Nazirliyi bir sıra restoranları səs-küy səviyyəsi normasını keçməsinə görə cərimə edib

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir M.Əliyev /

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən normalara riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranlarda reydlər keçirib, bu barədə cümə axşamı Trend -a Ekologiya Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Reydlər zamanı "Meridian", "Niaqara", "Çanaq Qala" restoranları, "Xudafərin", "Su Sonası" şadlıq sarayları, "Plaza" disko-barı və "Black Bird" gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkar olunmuşdur. Belə ki, səs-küy səviyyəsinin norması 65 dB olduğu halda "Xudafərin" şadlıq sarayında səs-küy səviyyəsinin maksimal göstəricisinin 82 dB (normadan 1,26 dəfə artıq), "Meridian" restoranında səs-küy səviyyəsinin maksimal göstəricisinin 89 dB (normadan 1,37 dəfə artıq), "Plaza" disko-barında səs-küy səviyyəsinin maksimal göstəricisinin 92 dB (normadan 1,41 dəfə artıq), "Black Bird" gecə klubunda səs-küy səviyyəsinin maksimal göstəricisinin 88 dB (normadan 1,35 dəfə artıq), "Niaqara" restoranında səs-küy səviyyəsinin maksimal göstəricisinin 87 dB (normadan 1,34 dəfə artıq), "Çanaq Qala" restoranında səs-küy səviyyəsinin maksimal göstəricisinin 88 dB (normadan 1,35 dəfə artıq), "Su Sonası" şadlıq sarayında səs-küy səviyyəsinin maksimal göstəricisinin 91 dB (normadan 1,4 dəfə artıq), "La Paris" restoranında 85 dB (normadan 1,31 dəfə artıq) olması halları qeydə alınmışdır.

"Keçirilmiş reyd zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə protokollar tərtib olunub, qeyd olunan restoran və kafelərin müdiriyyətləri barəsində inzibati qaydada cərimə qərarları tətbiq edilib", - Ekologiya Nazirliyinin məlumatında deyilir.

İnsan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin əsas səbəbləri kimi avtonəqliyyat vasitələrində quraşdırılmış müxtəlif növ gücləndirici siqnalları, toy və yas mərasimlərində istifadə olunan səs gücləndiricilərini göstərmək. Səs-küy insan sağlamlığına mənfi təsir göstərir. 35-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti