...

İranın "İmdad" komitəsinin Azərbaycandakı fəaliyyəti yüksək qiymətləndirilir - Qafqaz müsəlmanlarının dini lideri

Cəmiyyət Materials 12 Noyabr 2009 16:43 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İmam Xomeyni adına "İmdad" komitəsinin rəhbəri Hüseyn Ənvari ilə görüşdə komitənin Azərbaycanda qaçqın, məcburi köçkünlərə və aztəminatlı ailələrə göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
İranın "İmdad" komitəsinin Azərbaycandakı fəaliyyəti yüksək qiymətləndirilir - Qafqaz müsəlmanlarının dini lideri

Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir T.Cəfərov/

Qafqaz müsəlmanlarının dini lideri şeyxülislam Hacı Allahşükür Paşazadə İranın İmam Xomeyni adına "İmdad" komitəsinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.

Trend -un məlumatına görə, cümə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İmam Xomeyni adına "İmdad" komitəsinin rəhbəri Hüseyn Ənvari ilə görüşdə komitənin Azərbaycanda qaçqın, məcburi köçkünlərə və aztəminatlı ailələrə göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

Paşazadə Mahmud Əhmədinejadın onun 60 illiyi münasibətilə göndərdiyi təbrik məktubuna görə İran Prezidentinə və xalqına da təşəkkürünü bildirib.

Komitənin sədri Ənvari şeyxi anadan olmasının 60 illiyi, şeyxülislam seçilməsinin 30 illiyi münasibətilə təbrik edib.

Ənvari Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb və qeyd edib ki, iki ölkə arasındakı əlaqələr tarixi, dini dəyərlərə söykənir.

Komitə sədri şeyxi İrana səfərə dəvət edib.

Ənvari komitənin Azərbaycan nümayəndəliyinə yeni təyin olunmuş rəhbəri Mahmud Seyyidini QMİ sədrinə təqdim edib.

"İmdad" komitəsi Azərbaycanda 1993-cu ildən fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti