Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir M.Əliyev/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə ölkə apteklərində qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədilə yoxlamalar keçirir.
Yoxlamalar zamanı bir sıra apteklərdə qoruyucu maskaların qiymətinin şişirdilməsi hallarına rast gəlinib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, İqtisadi İnkişaf Nazirliyindən şənbə günü Trend -a daxil olan məlumatda deyilir.
Ölkə apteklərində satışda kifayət qədər qoruyucu maska var və bir ədəd respiratorun qiyməti 10-15 qəpikdir, məlumatda deyilir.