...

Azərbaycanın Mətbuat Şurasına şikayət edənlərin 70 faizə qədəri məmurlardır

Cəmiyyət Materials 18 Noyabr 2009 13:43 (UTC +04:00)
"Şuranın şikayətlər üzrə komissiyasına təhsil və səhiyyə sahələrində çalışan məmurlar daha çox müraciət edirlər", - çərşənbə günü Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Azərbaycanın Mətbuat Şurasına şikayət edənlərin 70 faizə qədəri məmurlardır

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurasına şikayət edənlərin 70 faizə qədəri məmurlardır.

"Şuranın şikayətlər üzrə komissiyasına təhsil və səhiyyə sahələrində çalışan məmurlar daha çox müraciət edirlər", - çərşənbə günü Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: Mətbuat Şurası bir müddət əvvəl "reket" fəaliyyəti ilə məşğul olan 80-dən çox qəzetin adını açıqlayıb və onların bəziləri barədə materialların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib

Amaşovun sözlərinə görə, şikayətlərin əksəriyyətində diffamasiya ilə bağlı məsələ qaldırılır.

"Məmurlar barələrində mətbuatda gedən yazılardan narazılıqlarını bildirirlər. Biz artıq bu cür qəzetlərə qarşı mübarizəni gücləndirmişik. Nəticədə 84 qəzet "reket" mətbuat orqanı kimi "qara siyahı"ya salınıb. Düşünürəm ki, mübarizəmiz tezliklə öz bəhrəsini verəcək", - şura sədri əlavə edib.

Onun fikrincə, "reketçiliyə" qarşı mübarizədə məmurların da xüsusi rolu olmalıdır.

"Onlar üçün ən yaxşı vasitə bizim açıqladığımız siyahıdır. Əgər hər bir dövlət qurumunda həmin siyahı ilə tanış olsalar, onda "reket" qəzetlərin öz məqsədlərinə çatmalarının qarşısını almaq daha da asanlaşar", - Amaşov xatırladıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti