...

Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinə hökm oxunub

Cəmiyyət Materials 20 Noyabr 2009 12:54 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Bakının Binəqədi rayonundakı Xocahəsən bələdiyyəsinin sədri Zəfər Məsimova 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinə hökm oxunub

Azərbaycan, Bakı, 20 noyabr / Trend , muxbir H.Bağırov/

Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinə hökm oxunub.

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Bakının Binəqədi rayonundakı Xocahəsən bələdiyyəsinin sədri Zəfər Məsimova 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Məsimov 2007-ci ildə Binəqədi rayonunda dövlət mülkiyyətinə məxsus 400 kvadrat metrlik torpaq sahəsini qanunsuz olaraq Xanlar Dadaşovun istifadəsinə verilməsi barədə qərar qəbul edib.

Bələdiyyə sədri Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179), vəzifə səlahiyyətlərini aşma (309), rüşvət alma (311) və səhlənkarlıq (314) maddələri ilə ittiham olunur.

Ədliyyə Nazirliyi tərəfindən 2008-ci ildə inzibati nəzarət qaydasında 16 minədək bələdiyyə aktına baxılıb, 436 bələdiyyə aktı ləğv edilib, 15 bələdiyyə ilə bağlı materiallar prokurorluq orqanlarına təqdim edilib. Bələdiyyələr tərəfindən qanunsuz ayrılması müəyyən edilmiş 6 min hektardan çox torpaq sahəsinin geri qaytarılması təmin olunub.

Bir neçə bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib, bir neçəsi barəsində cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti