...

Azərbaycan milli komandası FİFA-nın reytinqində 9 pillə yüksəlib

Cəmiyyət Materials 20 Noyabr 2009 13:29 (UTC +04:00)
Trend News-un məlumatına görə, ardıcıl ikinci ay böyük irəliləyiş əldə edən Azərbaycan milli komandası bu dəfə 9 pillə yüksəlib. 116-cı pilləyə yüksələn yığmamız son reytinqdə 14 pillə irəliləmişdi. Hesabında 226 xal olan komandamız UEFA-nın reytinqində 46-cı yerdədir.
Azərbaycan milli komandası FİFA-nın reytinqində 9 pillə yüksəlib

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir F.Hüseynli/

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların noyabr üçün reytinq cədvəlini açıqlayıb.

Trend -un məlumatına görə, ardıcıl ikinci ay böyük irəliləyiş əldə edən Azərbaycan milli komandası bu dəfə 9 pillə yüksəlib. 116-cı pilləyə yüksələn yığmamız son reytinqdə 14 pillə irəliləmişdi. Hesabında 226 xal olan komandamız UEFA-nın reytinqində 46-cı yerdədir.

Milli komandamızın son irəliləyişinə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü yer uğrunda oyunda Çexiya kimi güclü rəqibə qalib gəlməsi (2:0) böyük təsir edib. Yeri gəlmişkən, turnirin sonuncusu olan çexlər (843 xal) 8 pillə geriləyərək, 23-cü yerə düşüb.

FİFA-nın reytinq cədvəlinin ilk pilləsində də dəyişiklik edib. Liderliyi qaytaran son Avropa çempionu İspaniya (1622 xal) dünyanın ən titullu yığması Braziliyanı (1592 xal) 2-ci pilləyə göndərib. Hollandiya yığması (1279 xal) 3-cü yerdə mövqeyini qoruyub. 2010-cu il dünya çempionatının pley-off mərhələsinə də vəsiqə qazanmayan Türkiyə yığması daha iki pillə geriləyib. 41-ci yerə düşən qardaş ölkənin təmsilçisinin 729 xalı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti