...

Azərbaycan futbolçularının fiziki hazırlığında bir il ərzində gözəl nəticə əldə olunub - alman baş məşqçisi Berti Foqts

Cəmiyyət Materials 24 Noyabr 2009 15:03 (UTC +04:00)
"Futbolçular öz üzərlərində işləyiblər, çox şey öyrəniblər. Sevindirici hal odur ki, futbolçularda öyrənmək istəyi var. İnkişafın növbəti mərhələlərinin necə olacağı mənə çox maraqlıdır. Futbolda özündənrazılıq yolverilməzdir. Həmişə inkişaf etmək, gələcək haqda fikirləşmək lazımdır. Fəaliyyətimin bir ilində futbolçulardan test götürdük. Futbolçuların fiziki hazırlığında 37 faiz inkişaf var. Bir il ərzində bu çox gözəl nəticədir", - Trend News-un məlumatına görə, bunu Foqts çərşənbə axşamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına müsahibəsində bildirib.
Azərbaycan futbolçularının fiziki hazırlığında bir il ərzində gözəl nəticə əldə olunub - alman baş məşqçisi Berti Foqts

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqts yığmada futbolçuların fiziki hazırlığında ciddi irəliləyişin olduğunu deyib.

"Futbolçular öz üzərlərində işləyiblər, çox şey öyrəniblər. Sevindirici hal odur ki, futbolçularda öyrənmək istəyi var. İnkişafın növbəti mərhələlərinin necə olacağı mənə çox maraqlıdır. Futbolda özündənrazılıq yolverilməzdir. Həmişə inkişaf etmək, gələcək haqda fikirləşmək lazımdır. Fəaliyyətimin bir ilində futbolçulardan test götürdük. Futbolçuların fiziki hazırlığında 37 faiz inkişaf var. Bir il ərzində bu çox gözəl nəticədir", - Trend -un məlumatına görə, bunu Foqts çərşənbə axşamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına müsahibəsində bildirib.

Alman baş məşqçisi hesab edir ki, hər hansı futbolçu komanda yoldaşlarına kömək etməyə hazır deyilsə, gərək həmin oyunçu ilə yollar ayrılsın. Çünki futbol kollektiv idman növüdür. 11 futbolçunun hamısı meydanda bir-birinə kömək etməlidir. Əgər hansısa futbolçu 1000 metr məsafəni 5 dəqiqədən çox vaxta qaçırsa, o, millidə oynamağa layiq deyil.

Baş məşqçi postunda qalması ilə bağlı yeni müqavilənin hələ imzalanmadığını deyən Foqts AFFA prezidentilə görüşdə bununla bağlı bir-birlərinin əlini sıxıb razılaşdığını bildirib.

"Bunun müqavilədən daha çox qüvvəsi var. Heç bir fikir ayrılığı olmayıb. Mənim şərtim o idi ki, U-19 və U-21 haqda daha çox informasiya əldə edim və növbəti mövsümdən hər klubda ən azı 3 yerli futbolçu əsas heyətdə oynasın, 3 oyunçu isə ehtiyatda qalsın. Şərtlərimdən biri də o idi ki, vacib oyunlardan əvvəl təlim-məşq toplanışı 4-5 gün yox, Rusiya və Lixtenşteyn görüşlərindən əvvəl olduğu kimi daha uzunmüddətli olsun", - baş məşqçi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda futbolun inkişafı üçün məktəblərdə futbol mütləq təbliğ olunmalıdır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti