...

İrandan Azərbaycana narkotik gətirənlərə 24 il cəza verilib

Cəmiyyət Materials 24 Noyabr 2009 15:49 (UTC +04:00)
Trend News-un məlumataına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Biləsuvar rayon sakinləri Afət Şirinovun və Əli Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
İrandan Azərbaycana narkotik gətirənlərə 24 il cəza verilib

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə təqsirli bilinən şəxslərə hökm oxunub.

Trend -un məlumataına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Biləsuvar rayon sakinləri Afət Şirinovun və Əli Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxslər 2008-ci il iyulun 4-də Biləsuvar rayon polis şöbəsi və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Onlardan 72 kiloqram narkotik vasitə olan həşiş qatranı aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti