...

Qafqaz Müsəlmanları İdarəsi yenidən qeydiyyata alınıb

Cəmiyyət Materials 24 Noyabr 2009 16:52 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Komitədə keçirilən tədbirdə qurumun sədri Hidayət Orucov qeydiyyat şəhadətnaməsini İdarənin sədri Hacı Allahşükür Paşazadəyə təqdim edib.
Qafqaz Müsəlmanları İdarəsi yenidən qeydiyyata alınıb

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsini qeydiyyata alıb.

Trend -un məlumatına görə, çərşənbə axşamı Komitədə keçirilən tədbirdə qurumun sədri Hidayət Orucov qeydiyyat şəhadətnaməsini İdarənin sədri Hacı Allahşükür Paşazadəyə təqdim edib.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur.

Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə də ölkədə fəaliyyət göstərən dini qurumların sayı 534-ə çatıb.

2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i İslam, biri isə Sumqayıt şəhərində fəaliyyət göstərən qeyri-islam təmayüllü "Kübar" yəhudilər dini icmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti