...

Gürcüstanda gün ərzində A/H1N1 virusuna 27 yeni yoluxma halı qeydə alınıb

Cəmiyyət Materials 26 Noyabr 2009 17:57 (UTC +04:00)
Gürcüstanda son bir gündə A/H1N1 virusuna 27 yeni yoluxma halı qeydə alınıb. Xəstələnənlərin ümumi sayı 147-yə çatıb. Bu barədə Xəstələrə Nəzarət üzrə Milli Mərkəzdən bildirilib.
Gürcüstanda gün ərzində A/H1N1 virusuna 27 yeni yoluxma halı qeydə alınıb

Gürcüstan, Tbilisi, 26 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda son bir gündə A/H1N1 virusuna 27 yeni yoluxma halı qeydə alınıb. Xəstələnənlərin ümumi sayı 147-yə çatıb. Bu barədə Xəstələrə Nəzarət üzrə Milli Mərkəzdən bildirilib.

Xəstəliyin ilkin halları yüngül və orta səviyyədə keçir. Bütün xəstələr həkim nəzarəti altında evdə müalicə olunurlar. Xəstələnənlər əsasən 15-dən 60 yaşa kimi olan insanlardır.

Həkimlər bildiriblər ki, yeni virusun pandemiyasına hazırdırlar, poliklinikalar və "təcili yardım"ların bütün həkimləri xüsusi təlimlər keçiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti