...

Amerikalı hakimlər Azərbaycanda hakimliyə namizədlər üçün təlimlər keçəcəklər

Cəmiyyət Materials 14 Dekabr 2009 10:39 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend News-a verilən məlumata görə, hakimliyə namizədlərə keçirilmiş imtahanlarda uğur qazanmış 80 nəfər namizədə ABŞ səfirliyinin dəstəyi ilə bir həftəlik seminar keçiriləcək.
Amerikalı hakimlər Azərbaycanda hakimliyə namizədlər üçün təlimlər keçəcəklər

Azərbaycan, Bakı, 14 dekabr / Trend , K.Zərbalıyeva/

Amerikalı hakimlər Azərbaycanda hakimliyə namizədlər üçün təlimlər keçəcəklər.

Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend -a verilən məlumata görə, hakimliyə namizədlərə keçirilmiş imtahanlarda uğur qazanmış 80 nəfər namizədə ABŞ səfirliyinin dəstəyi ilə bir həftəlik seminar keçiriləcək.

Ədliyyə Akademiyasında seminarın açılışı olub. Tədbirdə hakimliyə namizədlərin tədrisinə böyük önəm verildiyi vurğulanıb.

Seminarda məhkəmə qərarlarının tərtibi, məhkəmə iclaslarının idarə olunması, hakimlərin etik davranışı, çəkişmə prinsipinin təmini, korrupsiya ilə mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək, namizədlərin hakimlik vərdişlərinə yiyələnmələri məqsədilə səhnələşdirilmiş məhkəmə prosesləri keçiriləcək.

Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlər üçün indiyədək iki müsabiqə keçirilib və 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti