...

Berti Foqts müqavilənin imzalanmasından sonra özü üçün yeni şərtlər qəbul edib – AFFA prezidenti

Cəmiyyət Materials 14 Dekabr 2009 15:31 (UTC +04:00)
Berti Foqts müqavilənin imzalanmasından sonra özü üçün yeni şərtlər qəbul edib. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bazar ertəsi jurnalistlərə bildirib.
Berti Foqts müqavilənin imzalanmasından sonra özü üçün yeni şərtlər qəbul edib – AFFA prezidenti

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir E.İsmayılov/

Berti Foqts müqavilənin imzalanmasından sonra özü üçün yeni şərtlər qəbul edib. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bazar ertəsi jurnalistlərə bildirib.

"Berti Foqtsla bağlanmış yeni müqavilədə əlavə şərtlər qeyd edilməyib, lakin o, özü üçün şərtlər qəbul edib", - Abdullayev deyib.

Onun sözlərinə görə, futbolun inkişafı böyük səylər tələb edir. "Əsas odur ki, biz uşaq futbolunu inkişaf etdirməyə başlamışıq. Ötən il biz 17 yaşlı əvəzedicilər arasında turnirin təşkil edilməsinə nail olduq, əsas liqada oynayan oyunçuların sayını 300-dən 900-ə çatdırdıq, məktəblərdə vəziyyət yaxşılaşdırılır. Bundan əlavə, növbəti ildə Almanıyanın üç klubunda müəyyən qruplar üzrə 15 yaşlı futbolçular təlim keçəcək", - AFFA prezidenti deyib.

Yeni razılaşmanın müddəti Avropa çempionatı 2012-nin seçim turnirinin sonunadək nəzərdə tutulub. Berti Foqts Azərbaycan yığmasına 2008-ci ildən başçılıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti