...

Yaxın 3 gündə Azəbaycanda sulu qar gözlənilir

Cəmiyyət Materials 15 Dekabr 2009 12:14 (UTC +04:00)
Azərbaycanın rayonlarında yaxın 3 gündə yağıntı, həmçinin sulu qar gözlənilir. Dağ və dağətəyi rayonlarda qar yağacaq, ayrı-ayrı yerlərdə dumanlı, buludlu hava şəraiti gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin məlumatında deyilir.
Yaxın 3 gündə Azəbaycanda sulu qar gözlənilir

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir M. Əliyev/

Azərbaycanın rayonlarında yaxın 3 gündə yağıntı, həmçinin sulu qar gözlənilir. Dağ və dağətəyi rayonlarda qar yağacaq, ayrı-ayrı yerlərdə dumanlı, buludlu hava şəraiti gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin məlumatında deyilir.

Bakı və Abşeron yarımadasında dekabrın 15-dən 17-nə kimi dəyişkən buludlu hava şəraiti gözlənilir. Şimal-qərb küləyinin sürəti saniyədə 15-20 metrə çatacaq, zamanla saniyədə 23-28 metrə qədər güclənəcək.

Yaxın 3 gündə Abşeron yarımadasında atmosfer təzyiqi normanı aşacaq, növbəti 2 gündə təzyiqin kəskin enməsi gözlənilir. Bu cür kəskin hava dəyişkənliyi meteohəssəs insanlarda xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti