...

Azərbaycanda dövlət qulluqçularının etik davranışı ilə bağlı məlumatlar korrupsiya ilə bağlı hesabata daxil ediləcək

Cəmiyyət Materials 21 Dekabr 2009 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda dövlət qulluqçularının etik davranışı ilə bağlı dövlət orqanlarından toplanan məlumatlar  Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim olunacaq.

Trend -un məlumatına görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bazar ertəsi jurnalistlərə bildirib ki, məlumatların toplanılması prosesi davam edir.

"Üçüncü və dördüncü rübə dair bütün dövlət orqanlarından-həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarından bu məlumatlar Komissiyaya daxil olur. Həmin məlumatlar əsasında ümumiləşdirmə aparılacaq",-deyə Xəlilov bildirib.

Komissiya sədrinin sözlərinə görə, həmin məlumatlar Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırlayacağı hesabata daxil ediləcək və bu barədə məlumatlar ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti