...

Azərbaycan Prezidentinin ad günü münasibətilə gəncəlilər 11 tonluq tort hazırlayıblar

Cəmiyyət Materials 24 Dekabr 2009 15:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin ad günü şərəfinə Gəncədə çəkisi 11 ton olan tort bişirilib.
Azərbaycan Prezidentinin ad günü münasibətilə gəncəlilər 11 tonluq tort hazırlayıblar

Azərbaycan, Gəncə, 24 dekabr / Trend , müxbir V.Məmmədov/

Azərbaycan Prezidenti İlham Əliyevin ad günü şərəfinə Gəncədə çəkisi 11 ton olan tort bişirilib.

Nəhəng tort Azərbaycanın ümummilli lideri Heydər Əliyev adına mərkəzi meydanda təqdim olunub. Tədbirdə şəhərin 30 mindən çox sakini iştirak edib.

Tortun uzunluğu 48 metrdir. Onun hazırlanmasında 3,5 ton undan, 3 ton şəkər tozundan, 500 kiloqram kərə yağından, 35 000 yumurtadan, 500 kiloqram qozdan istifadə edilib. Tortun ortasında Prezident İlham Əliyevin 48 illiyinə həsr olunmuş kompozisiya, həmçinin tarixi-memarlıq abidələrinin nümunələri və Gəncənin diqqətəlayiq yerləri təsvir edilib.

Xəbər lenti

Xəbər lenti