...

Azərbaycanın Gimnastika Federasiyası "2009-cu ilin Federasiyası" olub

Cəmiyyət Materials 26 Dekabr 2009 15:38 (UTC +04:00)
Azərbaycanın Gimnastika Federasiyası "2009-cu ilin Federasiyası" olub. Bu barədə ölkənin gənclər və idman nazirliyinin idman ilinin qəhrəmanlarının adlarına həsr olunmuş tədbirində elan edilib.
Azərbaycanın Gimnastika Federasiyası "2009-cu ilin Federasiyası" olub

Azərbaycan,Bakı, 26 dekabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın Gimnastika Federasiyası "2009-cu ilin Federasiyası" olub. Bu barədə ölkənin gənclər və idman nazirliyinin idman ilinin qəhrəmanlarının adlarına həsr olunmuş tədbirində elan edilib.

Xatirə medalı Federasiyanın baş katibi Fərid Qayıbova təqdim edilib və o da öz növbəsində etdikləri seçimə görə Baş İdman İdarəsinə minnətdarlığını bildirib və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, Federasiyanın mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun adlarını çəkdiyi ilin ən yaxşı idmançılarının onluğuna həmçinin gimnastika nümayəndələri də yer alıb. Bu siyahıya bu il topla bədi gimnastika üzrə dünya vitse-çempionu, komanda hesabı ilə Avropa vitse-çempionu və komanda hesabı üzrə dünya çempionatının bürünc mükafatçısı Aliyə Qarayeva daxil olub.

Idman veteranlarına diqqət ayrırmaq unudulmayıb. Onlardan biri məşhur gimnast Minata Əsgərovadır. 80 illik yubileyini qeyd edən gimnast ölkənin bütün idman ictimaiyyəti tərəfindən səmimi təbriklər alıb.

Azərbaycanın Milli Olimpia Komitəsi (MOK)də ilin idman yekunlarını aparıb. Belə ki, Azərbaycan Prezidenti, MOK Prezidenti İlham Əliyev, bu il Avropa çempionu olan Ayla Əhmədova - Dilarə Sultanova qadın cütlüyünün məşqçisi İradə Qurbanova və digər mütəxəssislərə ev təqdim edib. Bu il, Aliyə Qarayeva və Anna Qurbanova da daxil olmaqla fərqlənən idmançı qrupları və məşqçilərə, onların rəhbərləri Dinara Gimatova və Nadejda Xolodkova, o cümlədən yığmanın baş məşqçisi Marina Vasiliyevnaya MOK pul mükafatı təqdim edib.

Xəbər lenti

Xəbər lenti