...

Bakıda uşaqların yalnız 26 faizi bağçalara gedir – nazir

Cəmiyyət Materials 29 Dekabr 2009 14:53 (UTC +04:00)
"Yaxın iki il ərzində biz bu göstəricini 50-60 faizə qədər yüksəltmək niyyətindəyik", - təhsil naziri Misir Mərdanov 2009-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Bakıda uşaqların yalnız 26 faizi bağçalara gedir – nazir

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir M.Əliyev/

Bakıda uşaqların yalnız 26 faizi uşaq bağçalarına gedir.

"Yaxın iki il ərzində biz bu göstəricini 50-60faizə qədər yüksəltmək niyyətindəyik", - təhsil naziri Misir Mərdanov 2009-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Buna uşaq bağçalarının bərpası, özəl uşaq bağçalarının fəaliyyəti üçün şəraitin yaradılması və məktəblərdə məktəbəqədər təhsilin təşkil edilməsi hesabına nail olmağı planlaşdırırıq", - nazir deyib.

Mərdanovun sözlərinə görə, Azərbaycan paytaxtında 15 uşaq bağçası qeyri-qanuni fəaliyyət göstərir. Bu müəssisələrin adları və ünvanları nazirliyin saytında yerləşdirilib və kim istəyirsə onlarla tanış ola bilər.

Son iki ildə Azərbaycanda iki yeni uşaq bağçası inşa edilib, 30-u isə əsaslı təmir olunub. Mərdanov deyib ki, 2009-cu ildə 37 adda 100 məktəbəqədər müəssisə üçün 137 vəsait dərc edilib.

Xəbər lenti

Xəbər lenti