...

Azərbaycanda sabiq polis əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən şəxsə 6 il iş verilib

Cəmiyyət Materials 12 Yanvar 2010 17:25 (UTC +04:00)
Azərbaycanda sabiq polis əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən şəxsə hökm oxunub.
Azərbaycanda sabiq polis əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən şəxsə 6 il iş verilib

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda sabiq polis əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gəncə şəhər sakini Elşən Telman oğlu Ələkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs 17 may 2009-cu ildə Kəpəz (Gəncə) rayon Polis şöbəsinin sabiq əməkdaşı Arzu Tağıyevlə mübahisə edib. Mübahisə nəticəsində Ələkbərov Tağıyevi bıçaqlayaraq, ağır bədən xəsarəti yetirib.

Tağıyevə vaxtında tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ələkbərov tutulub.

Xəbər lenti

Xəbər lenti