...

Azərbaycanda ali məktəblərə qanunsuz tələbə qəbulunda ittiham olunan şəxslər barəsində cinayət işi başlayıb

Cəmiyyət Materials 13 Yanvar 2010 17:53 (UTC +04:00)
Yasamal rayon Polis İdarəsindən Trend News-a verilən məlumata görə, Sumqayıt şəhər sakinləri Həbib Müsəllim oğlu Məmmədov və Rəşid Murad oğlu Mehdiyev ali məktəbə düzəltmək adı ilə Quba rayon sakini Elman Vahab oğlu Musayevdən 26 min ABŞ dolları, Ağcabədi rayon sakini, Faiq Cəlal oğlu Şirinlidən 8500 ABŞ dolları alaraq, mənimsəyib.
Azərbaycanda ali məktəblərə qanunsuz tələbə qəbulunda ittiham olunan şəxslər barəsində cinayət işi başlayıb

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ali məktəblərə qanunsuz tələbə qəbul etdirməkdə ittiham olunan şəxslərin barəsində cinayət işi başlayıb.

Yasamal rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, Sumqayıt şəhər sakinləri Həbib Müsəllim oğlu Məmmədov və Rəşid Murad oğlu Mehdiyev ali məktəbə düzəltmək adı ilə Quba rayon sakini Elman Vahab oğlu Musayevdən 26 min ABŞ dolları, Ağcabədi rayon sakini, Faiq Cəlal oğlu Şirinlidən 8500 ABŞ dolları alaraq, mənimsəyib.

Adı çəkilən şəxslər zərərçəkmişlərdən pulları alsalar da, vədlərinə əməl etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti