...

Azərbaycanda insan hüquqlarını pozduğuna görə 154 nəfər cəzalandırılıb - ombudsman

Cəmiyyət Materials 25 Yanvar 2010 12:27 (UTC +04:00)
Azərbaycan ombudsmanı bildirib ki, insan hüquqlarını pozduğuna görə ötən il 134 hal üzrə 154 polis əməkdaşı cəzalandırılıb.
Azərbaycanda insan hüquqlarını pozduğuna görə 154 nəfər cəzalandırılıb - ombudsman

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı bildirib ki, insan hüquqlarını pozduğuna görə ötən il 134 hal üzrə 154 polis əməkdaşı cəzalandırılıb. Trend -un məlumatına görə, bunu bazar ertəsi Ombudsman Aparatının ölkəmizin Avropa Şurasına üzv qəbul olunmasının ildönümünə həsr edilmiş tədbirində ombudsman Elmira Süleymanova bildirib.

Süleymanovun sözlərinə görə, cəzalandırılanlar arasında məhkəməyə verilənlər, işdən çıxarılanlar və inzibati qaydada cəzalandırılanlar da var.

"Azərbaycanda işgəncə faktına görə cəzalanan yoxdur, lakin 200 obyektdə işgəncə faktının olması mümkündür. Bunlar cəzaçəkmə müəssisələri, qocalar, uşaq evləri və buna bənzər obyektlərdir ki, onlar da bizim nəzarətdədir", - Süleymanova əlavə edib.

Ombudsman bildirib ki, çox vaxt işgəncəni qeyri-insani rəftar, insan ləyaqətini alçaldan hərəkətlərlə qarışdırırlar ki, bu da doğru deyil.

Xəbər lenti

Xəbər lenti