...

Azərbaycan velosipedçisi dünya kubokunda gümüş medal qazanıb

Cəmiyyət Materials 25 Yanvar 2010 17:53 (UTC +04:00)
Çinin Pekin şəhərində keçirilmiş trek üzrə dünya kubokunda Azərbaycan velosipedçisi Yelena Çalıx ikinci yeri tutub.
Azərbaycan velosipedçisi dünya kubokunda gümüş medal qazanıb

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir M.Əliyev/

Çinin Pekin şəhərində keçirilmiş trek üzrə dünya kubokunda Azərbaycan velosipedçisi Yelena Çalıx ikinci yeri tutub. Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.

Yanvarın 20-24-də keçirilmiş dünya kubokunun qalibi Avstraliya velosipedçisi Dun Meqan, üçüncü yerin sahibi isə italiyalı Bronzini Ciorcia olub.

Yarışda 17 ölkədən 24 idmançı iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti