...

Azərbaycanda saxta pul kəsməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 26 Yanvar 2010 14:49 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Lənkəran şəhəri sakinləri Bəhruz Yaqubov və Hüseyn Cavadovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Təqsirləndirilənlər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.
Azərbaycanda saxta pul kəsməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda saxta pul kəsməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Lənkəran şəhəri sakinləri Bəhruz Yaqubov və Hüseyn Cavadovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Təqsirləndirilənlər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

Məhkəmə prosesi yanvarın 29-da davam etdiriləcək.

Yaqubov işlədiyi disk-kaset satışı ilə məşğul olan "Bəhruz" studiyasında həmyerlisi Cavadovla birlikdə kompüter və skayner vasitəsilə saxta əskinaslar çap edib və yayılmasını təşkil ediblər.

Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları 2009-cu il sentyabrın 17-də təqsirləndirilən şəxsləri saxlayıb. Onların üzərinə baxış keçirilən zaman 11 ədəd 100 manatlıq saxta pul əskinası aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxlər Cinayət Məcəlləsinin saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma (204.2) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti