Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir T.Cəfərov/
Azərbaycanlı şahmatçılar İranda keçirilən "Beynəlxalq Xəzər Kuboku" şahmat yarışmasında iştirak edir.
İranın Gilan əyalətinin Rəşt şəhərində "Beynəlxalq Xəzər Kuboku" şahmat yarışları keçirilir. Yarışda 10 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Hindistan, Gürcüstan, Türkmənistan, Ermənistan, Litva, Ukrayna və İrandan 1000 şahmatçı iştirak edir. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Yarışlar fevralın 18-dək davam edəcək. Yarışa 27 beynəlxalq dərəcəli hakim nəzarət edir.