...

Azərbaycanda dövlət qulluğuna qəbul yeni qaydalar əsasında keçiriləcək - Dövlət Komissiyasının sədri

Cəmiyyət Materials 15 Fevral 2010 11:21 (UTC +04:00)
Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov bildirib.
Azərbaycanda dövlət qulluğuna qəbul yeni qaydalar əsasında keçiriləcək - Dövlət Komissiyasının sədri

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğuna qəbul yeni qaydalar əsasında keçiriləcək.

Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov bildirib.

Komissiya sədrinin sözlərinə görə, komissiya bir neçə gün öncə 700-dən çox vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Xəlilov bildirib ki, dövlət qulluğu vəzifələrinin 6-9-cu təsnifatları üzrə müsabiqənin ilk mərhələsində - test imtahanlarında təsnifatlar arasındakı fərqi nəzərə alaraq cavablandırılacaq test sualları arasında da fərq qoyulacaq.

Həmçinin test imtahanlarında yeni informasiya texnologiyaları tətbiq olunacaq.

"Yəni testlər kompüter vasitəsilə veriləcək və namizədlər testləri başa çatdırandan sonra həmin anda nəticələri əldə edə biləcəklər", - komissiya sədri vurğulayıb.

Xəlilovun sözlərinə görə, testlərin qiymətləndirmə sistemində də yeniliklər olacaq. Belə ki, 6-7-ci təsnifatlar üzrə keçid balı 80, 8-9-cu kateqoriyalar üzrə 70 bal müəyyən edilib.

Testlərin quruluşunda və test bloklarında da dəyişikliklər olunub. Xəlilov deyib ki, test suallarının 30 faizi məntiqi təfəkkürün, müəyyən hissəsi Azərbaycan haqqında ümumi biliklərin yoxlanılmasına imkan yaradacaq.

"Bu bizə imkan verəcək ki, dövlət qulluğuna daha bilikli və bacarıqlı kadrlar seçək", - komissiya sədri bildirib.

İlk dəfə olaraq müsabiqəyə apelyasiya və yerli məhkəmə aparatlarında olan 44 vakant vəzifə də çıxarılıb. Vakant dövlət qulluğu vəzifələri üzrə müsabiqəyə sənəd qəbulu martın 10-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti