...

Azərbaycanın KİV-ləri yenidən qeydiyyatdan keçməlidir – Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 18 Fevral 2010 14:34 (UTC +04:00)
"Reket" qəzetlərə qarşı mübarizənin daha effektli aparılması üçün kütləvi informasiya vasitələrinin Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməsi zəruridir", - Trend News-un məlumatına görə, cümə axşamı keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Azərbaycanın KİV-ləri yenidən qeydiyyatdan keçməlidir – Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurasının sədri hesab edir ki, kütləvi informasiya vasitələri yenidən qeydiyyatdan keçməlidir.

"Reket" qəzetlərə qarşı mübarizənin daha effektli aparılması üçün kütləvi informasiya vasitələrinin Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməsi zəruridir", - Trend -un məlumatına görə, cümə axşamı keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, 2009-cu il "reket" qəzetlərə qarşı mübarizə ili elan edilsə də problemin həllinə tam nail ola bilməyiblər.

"Reket" jurnalistikaya maraq bu gün də davam edir. Təəssüf ki, "reket" elan olunaraq "qara siyahı"ya adları daxil edilən bir sıra qəzetlər peşə etikasını pozur, hətta Mətbuat Şurası, onun rəhbərliyində təmsil olunan şəxslər haqda təhqir və böhtan yazmaqdan çəkinmirlər", - o əlavə edib.

Amaşov məhz bu səbəbdən şuranın adından bəyanat qəbul edildiyini deyib.

"Mətbuat Şurası ötən müddətdə quruma ünvanlanan çoxsaylı müraciətləri və şikayətləri ictimai sifariş kimi dəyərləndirərək "reket nəşr"lərə qarşı ardıcıl və prinsipial mübarizə aparmaqdadır. Konkret şikayət və müraciətlər əsas götürülərək Jurnalistlərin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan qəzet və jurnallar həmin siyahıya salınıb. Hazırda onların sayı 94-dür", - sənəddə vurğulanır.

Sənəddə qeyd edilir ki, hətta Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyən bu KİV-lər hər saylarında Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hədə-qorxu gəlməkdən belə çəlkinmirlər. "Mətbaut Şurası bəzi "reket nəşr"lərin arxasında gizli havadarların olduğunu, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır", - bəyanatda bildirilir.

Amaşov mətbuatın 135 illik yubileyinin qeyd ediləcəyi 2010-cu ildə də "reket" KİV-lərə qarşı mübarizənin davam etdiriləcəyini xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti