...

Azərbaycanda kayakçılar üçün 2 yeni qayıq alınıb

Cəmiyyət Materials 22 Fevral 2010 16:32 (UTC +04:00)
Azərbaycanın Gənclər və İdman Nazirliyi kayakçılar üçün 2 yeni qayıq alıb. Bu barədə məlumatı Trend News-a bazar ertəsi Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Azərbaycanda kayakçılar üçün 2 yeni qayıq alınıb

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Gənclər və İdman Nazirliyi kayakçılar üçün 2 yeni qayıq alıb. Bu barədə məlumatı Trend -a bazar ertəsi Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Polşada istehsal olunan "Plastex" markalı qayıqlardan biri 2 nəfərlik, digəri isə 4 nəfərlikdir.

Qayıqlar hazırda Mingəçevir şəhərində təlim-məşq toplantısında olan kayakçılara göndərilib.

Hazırda Mingəçevir şəhərində "Kür" Olimpiya Mərkəzi müasir tələblərə uyğun inşa olunur. Nəhəng idman qurğusunun yaxın aylarda istifadəyə veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti