Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir M.Əliyev/
Bakıda təşkil ediləcək yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çepionatının rəsmi internet saytı hazırlanıb.
Sözü gedən www.bakufencing2010.com saytına daxil olanlar çempionata hazırlıq prosesi ilə tanış ola bilərlər. Bu barədə Azərbaycanın Qılıncoynatma Federasiyasının Baş Katibi Ramin Məmmədov çərşənbə günü bildirib.
Aprelin 2-10 -da Bakıda qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.