...

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin 200-dən çoxu aşağı bal toplayıb

Cəmiyyət Materials 6 Mart 2010 12:35 (UTC +04:00)
"Şuraya 2010-cu il maliyyə müsabiqəsi üçün təqdim olunan 406 layihəni dəyərləndirən ekspertlər 200-dək layihəyə aşağı bal veriblər", - şənbə günü Trend News-a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı-direktoru Fərasət Qurbanov bildirib.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin 200-dən çoxu aşağı bal toplayıb

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir P.Əliyeva/

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin 200-dən çoxu aşağı bal toplayıb.

"Şuraya 2010-cu il maliyyə müsabiqəsi üçün təqdim olunan 406 layihəni dəyərləndirən ekspertlər 200-dək layihəyə aşağı bal veriblər", - şənbə günü Trend -a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı-direktoru Fərasət Qurbanov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2009-cu il dekabrın əvvəllərində 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilib. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb.

Müsabiqəyə ümumilikdə 489 layihə təqdim olunub. Şura müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün 80-nə qədər layihəni ilkin mərhələdə geri qaytarıb.

Layihələr 2009-cu il dekabrın 8-dən 2010-cu il yanvarın 15-dək təqdim edilib. Müsabiqənin nəticələri 2010-cu il martın 10-dan sonra elan ediləcək.

Qurbanovun sözlərinə görə, hazırda katiblik ekspert rəyindən keçən layihələrlə bağlı nəticələri araşdırır və bu günlərdə ümumi rəy Şuraya təqdim olunacaq: "Biz yüksək bal toplayan layihələrlə bağlı xüsusi araşdırma aparırıq. Bu zaman QHT-lərin müsabiqəyə təqdim etdikləri layihələrin icrasını hansı dərəcədə yerinə yetirmək imkanında olduqlarını müəyyənləşdirəcəyik", - icraçı-direktor əlavə edib.

Onun fikrincə, araşdırmalar nəticəsində yüksək bal toplayan layihələrin bir hissəsinə maliyyə yardımından imtina edilə bilər.

Növbəti müsabiqə 2010-cu ilin aprel ayında elan olunacaq. Şura bu il 4 müsabiqə elan etməyi planlaşdırır. Yalnız Şura tərəfindən maliyyələşdirilən müsabiqələrə isə ümumilikdə 2 milyon 63 min manat vəsait ayrılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti