...

Azərbaycanın Əfv Komissiyasının bu gün ilk iclası keçiriləcək

Cəmiyyət Materials 10 Mart 2010 13:15 (UTC +04:00)
"Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının ilk iclasının bu gün keçirilməsi nəzərdə tutulur", - çərşənbə günü Trend News-a komissiyanın üzvü, millət vəkili Vaqif Səmədoğlu bildirib.
Azərbaycanın Əfv Komissiyasının bu gün ilk iclası keçiriləcək

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Əfv Komissiyasının bu gün ilk iclası keçiriləcək.

"Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının ilk iclasının bu gün keçirilməsi nəzərdə tutulur", - çərşənbə günü Trend -a komissiyanın üzvü, millət vəkili Vaqif Səmədoğlu bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 25-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 99 məhbusa şamil edilib.

1994-cü ildən indiyədək imzalanmış 46 əfv fərmanı ilə 4957 şəxs cəzadan azad edilib. Fərmanların 14-ü İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Səmədoğlunun sözlərinə görə, iclasda komissiya üzvlərinə əfvlə bağlı daxil olan müraciətlərə baxılacaq. Novruz Bayramı ərəfəsi əfv sərəncamının imzalanıb-imzalanmayacağına gəldikdə, millət vəkili deyib ki, bu, Prezident İlham Əliyevin səlahiyyətinə aid olan məsələdir.

Səmədoğlu bildirib ki, komissiya üzvlərinin hər birinə onlarca məhbusdan, onların ailə üzvlərindən müraciətlər daxil olub. "Əfv olunacaqların siyahısına kimlərin adlarının salınacağı yalnız müzakirələrdən sonra bəlli olacaq", - o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti