...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan dəstə üzvlərinin apelyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 15 Mart 2010 15:19 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Tahir Əsədullayev, Musa Hacıyev, Anar Heydərov, Rəşad Aslanov və Rəşad Şükürovun apelyasiya şikayətinə baxılıb.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan dəstə üzvlərinin apelyasiya şikayətinə baxılıb

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayəti təmin edilməyib.

Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Tahir Əsədullayev, Musa Hacıyev, Anar Heydərov, Rəşad Aslanov və Rəşad Şükürovun apelyasiya şikayətinə baxılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü qüvvəsində saxlanılıb.

Məhkəmənin hökmü ilə Tahir Əsədullayev 10, Musa Hacıyev 6, Anar Heydərov 3, Rəşad Aslanov 3 və Rəşad Şükürov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dəstənin digər üzvləri - Asif Pirəliyev, Elnur Şükürov və Elçin Həsənova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Araz Şükürov və Vüqar İsayev isə 9 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar bu müddətin cəzasını çəkdiklərinə görə, məhkəmə zalından azadlığa buraxılıblar.

Dəstə üzvləri bu ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Dəstə üzvlərindən 2 ədəd "TT" və "Makarov"" markalı tapança, xeyli miqdarda daraqlar dəsti aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (206.3.2), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1, 228.2.1 və 228.2.2, ) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti