...

Bu il Sumqayıtda 40 000 ədəd ağac əkilməsi nəzərdə tutulub

Cəmiyyət Materials 16 Mart 2010 10:44 (UTC +04:00)
Bu barədə "Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri” mövzusunda keçirilən yığıncaqda Sumqayıt Şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsinin rəisi İlyas Həsənov bildirib.
Bu il Sumqayıtda 40 000 ədəd ağac əkilməsi nəzərdə tutulub

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bu il Sumqayıtda 40 000 ədəd ağac əkilməsi nəzərdə tutulub. Bu barədə "Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri" mövzusunda keçirilən yığıncaqda Sumqayıt Şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsinin rəisi İlyas Həsənov bildirib. Onun sözlərinə görə, cari ilin ötən iki ayı ərzində şəhər ərazisində 14 000 ədəd müxtəlif çeşidli ağac əkilib. Bununla yanaşı, cari il ərzində şəhər ərazisində ümumilikdə 40 000 ədəd ağac əkilməsi nəzərdə tutulub.

Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26,5 kv.metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, bu göstəricinin 2 dəfə artırılaraq 50 kv.metrə çatdırılması bir vəzifə kimi şəhərin ekoloji mühitinin sağlamlaşdırılmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti