...

Dünya Azərbaycanlıları Birliyi qondarma "erməni soyqırımı" ilə bağlı etiraz kampaniyasına başlayıb

Cəmiyyət Materials 16 Mart 2010 16:54 (UTC +04:00)
Belçikadakı Dünya Azərbaycanlıları Birliyi müxtəlif ölkələrdə qondarma "erməni soyqırımı"na dəstək verilməsinə qarşı etiraz məktubları kampaniyasına başlayıb. Bu barədə Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Dünya Azərbaycanlıları Birliyi qondarma "erməni soyqırımı" ilə bağlı etiraz kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir M.Əliyev/

Belçikadakı Dünya Azərbaycanlıları Birliyi (DAB) müxtəlif ölkələrdə qondarma "erməni soyqırımı"na dəstək verilməsinə qarşı etiraz məktubları kampaniyasına başlayıb. Bu barədə Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

DAB-ın rəhbəri Ədalət Quliyevin sözlərinə görə, "No to H.Res 252!!!" devizi altında etiraz məktublarında həm bu il martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nı tanıyan H.Res 252 saylı qərarı, Senatın Xarici əlaqələr komitəsində də eyni məzmunlu qərarın qəbul edilməsi, həm də martın 11-də İsveç Parlamentinin uydurma "erməni soyqırımı"nı rəsmən tanıması kəskin şəkildə pislənilir.

DAB məktubları aryı-ayrılıqda ABS Prezidenti Barak Obamaya, vitse-prezident Cozef Baydenə, dövlət katibi Hillari Klintona, BMT-nin baş katibi Pan Gi Muna, ABŞ-ın Belçikadakı səfirinə, beynəlxalq təşkilatlara, eləcə də "erməni soyqırımı" anlayışını qəbul edən və dəstəkləyən hər bir konqresmen və senatora ünvanlanıb.

Məktublarda tarixdə "erməni soyqırımı" adlı hadisənin baş verməməsini sübut edən faktlarla yanaşı, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, zəbt olunmuş ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılmasına dair BMT və Avropa Şurasının qətnamələri barədə məlumat verilir və dünya ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırılır.

Xəbər lenti

Xəbər lenti