...

Azərbaycanın Səhiyyə Nazirliyi ailə həkimi üçün dörd mindən çox ştat ayırıb

Cəmiyyət Materials 18 Mart 2010 16:56 (UTC +04:00)
Azərbaycanda ailə həkimi vəzifəsi 2008-ci ildən yaradılıb və bu ixtisasdan olan həkimlər daha çox kəndlərdəki tibb müəssisələrində çalışırlar.
Azərbaycanın Səhiyyə Nazirliyi ailə həkimi üçün dörd mindən çox ştat ayırıb

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Səhiyyə Nazirliyi ailə həkimi üçün dörd mindən çox ştat ayırıb.

Azərbaycanda ailə həkimi vəzifəsi 2008-ci ildən yaradılıb və bu ixtisasdan olan həkimlər daha çox kəndlərdəki tibb müəssisələrində çalışırlar.

"Nazirlik ailə həkimi üçün 4 mindən çox ştat ayırsa da, hazırda Azərbaycanda tələbatı ödəyəcək qədər mütəxəssis yoxdur", - Trend -un məlumatına görə, cümə axşamı Milli Məclisin Sosial siyasət komitəsinin təşəbbüsü ilə keçirilən "Milli qanunvericilikdə səhiyyə islahatları - Ailə həkimi: reallıqlar, problemlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə Səhiyyə Nazirliyinin nümayəndəsi Adil Kərimov bildirib.

Kərimovun sözlərinə görə, ailə həkimlərinə olan tələbatın ödənilməməsinin əsas səbəblərindən biri gənclərin ölkənin müxtəlif bölgələrində çalışmaq istəməməsi ilə bağlıdır. "Düşünürük ki, ev şəraiti, kommunal xərclərlə bağlı problemlər həll olunarsa, gənc kadrlar hətta ölkənin ucqar yerlərində də işləməyə razılaşacaqlar", - o əlavə edib.

"Ailə həkimi institutunun formalaşdırılması və təkmilləşdirilməsi üçün xarici ölkələrin təcrübəsi öyrənilir", - tədbirdə çıxış edən Sosial siyasət komitəsinin üzvü, "Lider Qadınlar" ictimai birliyinin rəhbəri Məlahət İbrahimqızı bildirib.

Onun fikrincə, Azərbaycanda səhiyyə sahəsində böyük islahatlar aparılıb və ailə həkimi ilə bağlı problemlərin həlli üçün də tələb olunan tədbirlər həyata keçiriləcək. "Ailə həkimlərinin əsas vəzifəsi əhaliyə ilkin tibbi xidmətin yaxşılaşdırılmasıdır", - millət vəkili vurğulayıb.

"Azərbaycanda yüksəkixtisaslı ailə həkimlərini hazırlamaq üçün kifayət qədər baza yoxdur", - tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Kərimov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti