...

"Xəzər Lənkəran" - "Neftçi" arasında keçirilən oyunu idarə edən hakimlər briqadası ciddi səhvlərə yol verməyiblər - PFL prezidenti

Cəmiyyət Materials 29 Mart 2010 12:10 (UTC +04:00)
Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) rəhbəri hesab edir ki, "Xəzər Lənkəran" - "Neftçi" futbol klubları arasında keçirilən oyunu idarə edən hakimlər briqadası ciddi səhvlərə yol verməyiblər.
"Xəzər Lənkəran" - "Neftçi" arasında keçirilən oyunu idarə edən hakimlər briqadası ciddi səhvlərə yol verməyiblər -  PFL prezidenti

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) rəhbəri hesab edir ki, "Xəzər Lənkəran" - "Neftçi" futbol klubları arasında keçirilən oyunu idarə edən hakimlər briqadası ciddi səhvlərə yol verməyiblər.

"Oyunun videoçəkilişində iki oyun epizodu ilə bağlı görüntülər var və həmin epizodlara görə heç kəs deyə bilməz ki, hakim səhv qərar qəbul edib", - bazar ertəsi Trend -a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.

Martın 27-də "Unibank" premyer liqasının XXV turunda Lənkəranda "Xəzər Lənkəran" Bakının "Neftçi" klubu ilə qarşılaşıb. "Xəzər Lənkəran" komandasının rəhbərliyi və bəzi futbol mütəxəssislərinin fikrincə, FİFA referisi Əfqan Həmzəyev də daxil olmaqla, hakimlər briqadası oyunda "Neftçi"nin xeyrinə olan bir neçə şübhəli qərar verib, nəticədə oyun qolsuz - heç-heçə başa çatıb.

"Xəzər Lənkəran" klubunun azarkeşləri və bəzi futbol mütəxəssisləri bu oyundan sonra PFL-i də seyrçi mövqe tutmaqda qınayıb.

Musayevin sözlərinə görə, həmin oyunla bağlı irəli sürülən ittihamların heç bir əsası yoxdur. "Bunların hamısı sifarişli iddialardır. Həyatda elə bir insan yoxdur ki, səhvə yol verməsin. Türkiyə çempionatında keçirilən "Qalatasaray" - "Fənərbaxça" oyununda səhv olmadımı? Elə bir oyun varmı ki, hakimin səhvi olmasın? Söhbət qərəzdən gedir. Bir daha qeyd edirəm: "Xəzər Lənkəran" - "Neftçi" oyununda haqqında söhbət gedən iki epizodla bağlı hakimin heç bir səhvi olmayıb", - PFL rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti