...

"İrəli" azərbaycanlıların soyqırımına həsr olunmuş elektron aksiya keçirəcək

Cəmiyyət Materials 30 Mart 2010 13:28 (UTC +04:00)
"İrəli" Azərbaycan İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə tədbirlər çərçivəsində "Qarabağ sən fikirləşdiyindən də yaxındır" aksiyasına start verir. Aksiya simvolik xarakter daşıyır. Onun əsas məqsədi adamlara göstərməkdir ki, işğal olunmuş ərazilər ölkəmizin digər regionlarından daha yaxındadır, - məlumatda bildirilir.
"İrəli" azərbaycanlıların soyqırımına həsr olunmuş elektron aksiya keçirəcək

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M.Əliyev/

"İrəli" Azərbaycan İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə tədbirlər çərçivəsində "Qarabağ sən fikirləşdiyindən də yaxındır" aksiyasına start verir. Aksiya simvolik xarakter daşıyır. Onun əsas məqsədi adamlara göstərməkdir ki, işğal olunmuş ərazilər ölkəmizin digər regionlarından daha yaxındadır, - məlumatda bildirilir.

Aksiya üçün işğal olunmuş ərazilərin adları göstərilən posterlər hazırlanıb. Həmçinin, posterlərdə işğal olunmuş ərazilərə qədər olan məsafə kilometrlərlə göstərilib. Bu posterlər bütün ali və orta tədris müəssisələrində, həmçinin, Bakının küçələrində asılacaq. Bundan əlavə, 31 Mart - azərbaycanlıların soyqırımı haqqında həqiqətlərin çatdırılması məqsədilə 5000-dən çox yerli və beynəlxalq təşkilatın elektron ünvanına müxtəlif dillərdə informasiya göndəriləcək. "İrəli" İctimai Birliyinin könüllüləri tərəfindən elektron aksiya martın 31-də saat 12:00-da "İrəli" İB-nin mərkəzi ofisində olacaq.

Xəbər lenti

Xəbər lenti