Gürcüstan, Tbilisi, 6 aprel /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycan vətəndaşı Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb. Gürcüstan sərhəd polisinin Trend-ə bildirdiyi kimi, Xizri Taşrayev beşinci sektorda, "Sodniskari" sərhəd məntəqəsində tutulub.
Sərhədçilərin məlumatına görə, Taşrayevin üzərindən onun şəxsiyyətini təsdiq edəcək heç bir sənəd tapılmayıb.
Taşrayev qeyri-qanuni olaraq Azərbaycandan Gürcüstan tərəfə keçərək çayın sahilində balıq tutub.
Fakt üzrə cinayət işi açılıb və Gürcüstan Cinayət Məcəlləsinin 344-cü bəndinin 1-ci hissəsi üzrə istintaqa başlanılıb.