...

Bakıda ermənilərin törətdiyi soyqırımdan bəhs edən kitabın ingilis variantı təqdim olunub (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2010 13:57 (UTC +04:00)
Bakıda bazar ertəsi millət vəkili Qənirə Pаşаyеvа və Аkif Аşırlının müəllifliyi ilə çap edilən "Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbının ingilis dilində ("Victimized by the Armenian occupation - Baganis Ayrim") variantının təqdimat mərasimi keçirilib.
Bakıda ermənilərin törətdiyi soyqırımdan bəhs edən kitabın ingilis variantı təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 19 aprel / Trend , müxbir M.Əliyev/

Bakıda bazar ertəsi millət vəkili Qənirə PаşаyеvаАkif Аşırlının müəllifliyi ilə çap edilən "Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbının ingilis dilində ("Victimized by the Armenian occupation - Baganis Ayrim") variantının təqdimat mərasimi keçirilib.

"Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbı еrməni silаhlı birləşmələrinin sovet оrdusunun köməyi ilə 1990-cı il mаrtın 23-dən 24-ə keçən gecə Qаzах rаyоnunun Bаğаnıs Аyrım kəndində törətdikləri sоyqırım fаktlаrındаn bəhs еdir.

Trend BİA mətbuat mərkəzində kitabın təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, kitabın çap olunmasında məqsəd beynəlxalq ictimaiyyət nümayəndələrini ermənilərin tək Dağlıq Qarabağı deyil, Azərbaycanın digər regionlarını da, həmçinin Qazax rayonunu da əhatə edən işğalçı siyasəti barədə məlumatlandırmaqdır.

"Kitab vasitəsilə dünyaya Bаğаnıs Аyrım soyqırımını çatdırmaq istəyirik. Çünki bəzən elə təsəvvür yaranır ki, erməni silahlı qüvvələri sadəcə Qarabağ və ətraf rayonlarda soyqırım törədiblər. Lakin erməni silahlı qüvvələri Qazax rayonunun yeddi kəndini işğal ediblər. Bu kitabda erməni vandalizmi konkret fotomateriallarla sübut olunur, bəzi cinayətkarların adı təqdim olunur", - Paşayeva qeyd edib.

Onun sözlərinə görə, kitabda, eyni zamanda, Bаğаnıs Аyrım soyqırımının şahidlərinin, ailəsi soyqırıma məruz qalanların ifadələri də yer alıb.

Paşayeva bildirib ki, kitab yaxın zamanlarda rus və ərəb dillərinə tərcümə olunacaq.

Kitabın həmmüəllifi Akif Aşırlı təqdimat mərasimində bildirib ki, hər il 24 aprel tarixi ərəfəsində erməni lobbisi dünyanın müxtəlif ölkələrində uydurma "soyqırım"ın tanıdılması istiqamətində təşviqat aparır və "Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbı erməni yalanına qarşı cavab olacaq.

Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.

Xəbər lenti

Xəbər lenti