...

Azərbaycan Vyana marafonunda təmsil olunub

Cəmiyyət Materials 19 Aprel 2010 15:07 (UTC +04:00)
Azərbaycan nümayəndəsi 27-ci ənənəvi Vyana marafonunda iştirak edib.
Azərbaycan Vyana marafonunda təmsil olunub

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan nümayəndəsi 27-ci ənənəvi Vyana marafonunda iştirak edib. 

1984-cü ildən dünyanın müxtəlif ölkələrindən minlərlə peşəkar və həvəskar idmançının iştirakı ilə keçirilən illik marafonda Azərbaycan ikinci dəfədir iştirak edir. Bu barədə Azərbaycanın Avstriyadakı səfirliyinin məlumatında bildirilir.

Azərbaycan nümayəndəsi marafonda ilk dəfə 2009-cu ildə iştirak edib.

Bu il ölkəni səfirliyin hərbi attaşesi, polkovnik-leytenant Kamil Quliyev təmsil edib. O, Avstriyada akkreditə olunmuş səfirliklərin hərbi attaşelərindən ibarət komandada yarışıb.

Yarışlarda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstriya, Niderland, Türkiyə və Macarıstan hərbi nümayəndələri iştirak ediblər. Quliyev Avstriya, Böyük Britaniya və Macarıstan nümayəndələri ilə bir komandada çıxış edib.

Azərbaycan nümayəndəsi yüksək nəticələr göstərib. Marafonun qaliblərinə xüsusi sertifikat və medallar təqdim olunub.

Xoşməramlı marafonun iştirakçıları Müqəddəs Anna Uşaq Hospitalı nəzdində yaradılmış uşaqlarda onkoloji xəstəliklərin qarşısının alınması üçün tədqiqat laboratoriyasının hesabına pul vəsaiti köçürüblər.

Marafonda 6 kateqoriya üzrə 32 mindən artıq idmansevər iştirak edib. Peşəkar idmançılar arasında Keniya təmsilçisi Henri Suqut 42,195 kilometrlik məsafəni 2 saat 8 dəqiqə 40 saniyəyə qət edərək Vyana marafonunun qalibi olub.

Xəbər lenti

Xəbər lenti