...

Beynəlxalq Torpaq Günündə Azərbaycanda "Ekos" mükafatı təsis olunacaq

Cəmiyyət Materials 22 Aprel 2010 12:16 (UTC +04:00)
Azərbaycanda elan olunmuş Ekologiya İli çərçivəsində ictimai ekoloji hərəkat sahəsində 10 il fəaliyyət göstərən "EkoSfera" Sosial-Ekoloji Mərkəzi 2010-cu ildə uşaqlar və gənclər üçün proqram hazırlayıb.
Beynəlxalq Torpaq Günündə Azərbaycanda "Ekos" mükafatı təsis olunacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda elan olunmuş Ekologiya İli çərçivəsində ictimai ekoloji hərəkat sahəsində 10 il fəaliyyət göstərən "EkoSfera" Sosial-Ekoloji Mərkəzi 2010-cu ildə uşaqlar və gənclər üçün proqram hazırlayıb.

Proqram 22 aprel - Beynəlxalq Torpaq Gününə həsr olunub. Bu barədə Trend-ə mərkəzin rəhbəri Füruzə Sultanzadə məlumat verib. Onun sözlərinə görə, bu proqram uşaqlardan ibarət ayrı-ayrı qrupların və məktəb kollektivlərinin, həmçinin, tələbə-gənclərin Azərbaycanda keçirilən ekoloji proqramların və layihələrin öyrənilməsinə, müzakirəsinə və qiymətləndirilməsinə, informasiya mübadiləsinə, həmçinin, müstəqil aksiya və tədbirlərin keçirilməsinə cəlb olunmasını nəzərdə tutur.

Sözügedən proqram üçün "EkoSfera" Sosial-Ekoloji Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ-in Ekologiya İdarəsi, "Təmiz şəhər" ASC və "Orxus" İctimai Ekoloji İnformasiya Mərkəzi ilə birlikdə "Ekos uşaq-gənclər ictimai müstəqil ekoloji mükafatı" təsis edib.

"2010-cu ildə mükafata təqdim olunan mövzu və tədbirlər sırasında uşaq-gənclər auditoriyası baxımından ölkənin sağlam ekoloji gələcəyinin saxlanması üçün ən prioritetləri seçiləcək", - Sultanzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti