...

Tehranda Şəhriyarın heykəli ilə yanaşı, Səttarxan və Bağırxanın da heykəlləri oğurlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 27 Aprel 2010 16:52 (UTC +04:00)

RED. əlavəsi: sonuncu abzasa digər heykəllərin oğurlanması barədə məlumat əlavə edilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir T.Cəfərov/

Tehranda məşhur azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın heykəli oğurlanıb.

Tehran şəhər teatrının qarşısında ucaldılmış Məhəmmədhüseyn Şəhriyarın heykəli oğurlanıb. Bu barədə Trend çərşənbə axşamı İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

İranlı heykəltəraş Əli Qəhhari tərəfindən bürüncdən hazırlanmış heykəl bundan əvvəl Tehranın Şəhriyar xiyabanında ucaldılsa da, ötən il Tehran şəhər teatrının qarşısında Əmir Kəbir və Kəmalül-Mülk kimi digər şəxsiyyətlərin yanına köçürülmüşdü.

Hazırda heykəlin kim tərəfindən və nə məqsədlə oğurlandığı araşdırılır.

Məlumata əsasən, bundan başqa Səttarxan, Bağırxan və Sənii Xatəmin də heykəlləri oğurlanıb. Tehran şəhər İcra Hakimiyyətindən bildiriblər ki, heykəllər bürüncdən olduğundan, ehtimal edilir ki, naməlum şəxslər tərəfindən oğurlanıb.

Xəbər lenti

Xəbər lenti