...

Rusiyada qəsdən adam öldürməkdə təqsirli bilinən azərbaycanlıya 11 il iş verilib

Cəmiyyət Materials 28 Aprel 2010 15:40 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Şəmkir rayon sakini Mübariz Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Rusiyada qəsdən adam öldürməkdə təqsirli bilinən azərbaycanlıya 11 il iş verilib

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir H.Bağırov/

Rusiyada qəsdən adam öldürməkdə təqsirli bilinən azərbaycanlıya hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Şəmkir rayon sakini Mübariz Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndilən şəxs 2008-ci il dekabrın 26-dan 27-nə keçən gecə bizneslə məşğul olan Gəncə şəhər sakini Elçin Kazımovu bıçaqlayaraq qətlə yetirib. O, daha sonra Azərbaycana qayıdaraq, istintaqdan yayınıb.

Quliyev 2009-cu ilin dekabrında həbs edilib.

Xəbər lenti

Xəbər lenti