Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, nikah yaşının 18-ə çatdırılması zəruridir.
"Azərbaycanda son zamanlar qeydə alınan erkən nikahların qarşısının alınması üçün nikah yaşı 18-ə çatdırılmalıdır", - Trend-in məlumatına görə, cümə axşamı Milli Məclisin Sosial siyasət komitəsinin ailə və nikah məsələsinə həsr olunan iclasında Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib.
Sofiyevanın sözlərinə görə, ölkədə son vaxtlar erkən nikahların sayı 11 faiz artıb.
"Regionlarda 11-13 yaşlı qızlar nikaha valideynlərinin təhriki ilə daxil olurlar. Komitə təkid edir ki, qanunvericilikdə belə valideynlərə qartşı məsuliyyət məsələsi müəyyən olunsun", - sədr müavini əlavə edib.