...

2012-ci ildə Bakıda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının Təşkilat Komitəsi yaradılıb

Cəmiyyət Materials 29 Aprel 2010 14:41 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin cümə axşamı keçirilən iclasında U-14 liqasının yaradılması barədə qərar qəbul edilib. Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.
2012-ci ildə Bakıda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının Təşkilat Komitəsi yaradılıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin cümə axşamı keçirilən iclasında U-14 liqasının yaradılması barədə qərar qəbul edilib. Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Bakıda keçiriləcək dünya çempionatının yerli Təşkilat Komitəsinin yaradılması barədə də qərar çıxarılıb və komitənin rəhbəri baş katib Elxan Məmmədov təyin olunub.

Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçilərinə oyunsonrası mətbuat konfranslarında hakimlik barədə fikir bildirməmək tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti